Balqabaq qutabı


0 Comments | Last Update: maj 5, 2015

Balqabaq qutabı

balgabagkutabi3

Qiymə:
Balqabaq – 1 ədəd (2 kiloluq)
Baş soğan – 2 ədəd
Nar – 1 ədəd

Xəmir:
Un – 350 qram
Su – 200 ml
Duz

Yağ

Bu növ qutabların hazırlanması ət qutabı ilə eynidir. Balqabaq qabıqdan təmizlənib kub şəklində doğranır. Orta alov üstündə, qapağı örtülü qabda, öz buğunda (bir az su əlavə etmək olar) bişirilir. Balqabaq şirin deyilsə, onda bir az şəkər əlavə edlir. Balqabaq bişdikcə su salır, bundan narahat olmayın. Balqabağı qarışdıraraq püre vəziyyətinə salın, suyun buxarlanması üçün qazanın qapağını açın.

Soğanı kvadrat şəklində doğrayın və qızılı rəngədək qızardın, bir qədər duz əlavə edin. Balqabağın suyu çəkiləndən sonra qızarmış soğanı qatın və dənələnmiş nar əlavə edin.

balgabagkutabi1

Una bir az ilıq su və duz əlavə edib, orta bərklikdə , ancaq ələ də yapışmayan xəmir yoğurun. Xəmiri yumruq boyda kəsin və kündələyin. Kündələri nazik yayın və dessert boşqabı ölçüsündə dairələr kəsin.  Dairənin yarısına nazik layla balqabaq qiyməsi qoyun və aypara şəklində bükün, qıraqlarını bərkidin.

balgabagkutabi5

balgabagkutabi4

Qutabları yağda qızardın.

balgabagkutabi2

Nuş olsun!

Skriv et svar

Din e-mailadresse vil ikke blive publiceret. Krævede felter er markeret med *

Facebook
Facebook
Twitter20
20
Pinterest0
Pinterest
Instagram0
Follow by Email