Umac halvası


0 Comments | Last Update: maj 5, 2015

 

Umac halvası

2 desert nimçəlik

80 gr un
100 gr kərə yağı
100 ml su
100 gr şəkər
1 çay qaşığı bal
Bir az duz
Bir-iki saplaq zəfəran

Əvvəlcə şəkər şərbətini (siropu) hazırlamaq lazımdır. Bunun üşün şəkərin üstünə suyu töküb və balı tökmək və bunları qaynadmaq, zəfəranı əlavə etmək və alovun üstündən kənara çəkmək. Unu boşqaba tökmək və üstünə çiləmək (islanmış əli unun üstündə sirkələmək). Bıçaqla unu qarışdırmaq və yenə də su çiləmək. Bu prosesi bir neçə dəfə etmək, unun içində kiçlər yaranmalıdır.
Tavada yaği əridməg və buna un kütləsini əlavə etmək. Yaranmış kütləni orta alovda qızılı rəng alınanacaq qovurmaq.

İndi isə çox məsuliyyətli bir mərhələ başlayır. Tavanı alovun üstündən qırağa cəkib, şəkər şirəsini kütlənin üstünə hissə-hissə əlavə etmək lazımdır. Ehtiyatlı olmaq lazımdır, çünki kütlə fışıldayır. Arası kəsilmədən qarışdırmaq və dayaz dessert boşqablara tökmək. Bu halvanın üstünə bəzək lazım deyil, çünki üstü hamar deyil.

Azərbaycanın qərb zonasında halvanı umacdan hazırlayirlar. Umac halvası yuxarıda göstərildiyi kimi, ancaq un əvəzinə, əvvəlcədən ovulmuş umacdan hazırlanır. Bir cox rayonlarda hazır halvanın üzərinə darçın səpirlər. Halva mərasim yeməyi olsa da, bütün variantları sınaqdan keçirib dadına baxmaqdan çəkinməyin.

Nuş olsun!

Skriv et svar

Din e-mailadresse vil ikke blive publiceret. Krævede felter er markeret med *

↑ Top
Facebook
Facebook
Google+0
http://www.azerifood.com">
Twitter20
YOUTUBE20
Pinterest
Pinterest
Instagram0
Follow by Email