Düşbərə


0 Comments | Last Update: maj 6, 2015

 

Düşbərə

Mən Azərbaycan şorbalarındn birinin reseptiylə bölüşəcəyəm. Bu şorba əsasən Bakı zonasında geniş yayılmışdır. Ümumiyyətlə, azərbaycan mətbəxinin xəmir xörəkləri əsasən Bakı və onun kəndlərində geniş hazırlanır. Bugünkü şorba Düşbərə adlanır. Mənim ailəmdə bu favorit şorbadır, onu mənim uşaqlarım və mən özüm çox xoşlayırıq. Bu şorba çox vaxt və zəhmət tələb edir. Amma buna baxmayaraq, şorba o dərəcədə ləzzətlidir ki, onun tez-tez hazırlanmasına heç bir şey mane ola bilməz.

Bizə lazım olacaq:

Qiymə.
300 gr ət qiyməsi (mal əti ilə qoyun ətin qarışması daha ləzətlidir)
150 gr çəkilmiş soğan
Duz, istiot

Xəmir:
250-270 gr un
1 yumurta
100 ml su
1  çay qaş. duz

Əlavə:
1 dəstə keşniş

1 orta pomidor
2-3 dilim sərmisaq
7-8 xörək qaş. sirkə

Ət soğanla yaxşı qarışdırıılır, duz və istiot əlavə edilir, sonra xırda kəsilmiş goyərti də qatılır. Undan su, duz və yumurta ilə bərk olmayan xəmir yoğrulur. Xəmir bir qədər duzlu, elastik olmalıdır və ələ yapıshmamalıdır. Xəmir 150-180 gramlıq dörd kündəyə bölünür.

Kündələr dəsmalın üstünə qoyulur və qurumamaq üçün selofanla örtülür. 5-10 dəqiqə kündələr qalır, “özlərinə gəlmək üçün”. Nazik yuxa alınanadək kündə oxlov ilə yayilir. Xəmiri yayarkən, oxlova yapışmamaq üçün un əlavə olunur.

Yuxanın nazikliyi 1 mm-dək olmalıdır. Nə qədər nazikdirsə, o qədər yaxşıdır. Məndə kündədən təxminən 70 sm. diametrli yuxa alınır. Yayılmış xəmir kiçik kvadratlara – 1,5×1,5 sm kəsilir. Hər kvadratın içinə ət qiyməsi qoyulur.

Sonra içi dolu hər kvadrat yarıdan bükülür və qıraqları yapışdırılır. Düzbucaqlı dördbucağın iki qırağı aşaği aparılıb birləşdirilir. Sanki ləçəkdə kiçicik bir baş alınır.

OLYMPUS DIGITAL CAMERA

OLYMPUS DIGITAL CAMERA

Bu düşbərələr bir dəsmalla örtülmüş məcməyinin içinə yığılır. Qazanda zövqə uyğun dərəcədə duzlu su qaynadılır. 2 kündənin düşbərəsinə mən təxminən 1,5 l su götürürəm. Xırdalanmış pomidor qaynayan suya tökülür. Pomidor 1-2 dəqiqə bişəndən sonra düşbırələri məcməyidən ovcunuza alıb, qazana tökün və qarışdırın.

Bişənədək qazanın yanında duraraq vaxtaşırı qarışdırın. Duzluluğunu yoxlayıb, zövqünüzə uyğunlaşdırın. Düşbərələr təxminən 15 dəqiqə bişməlidir. Bir düşbərəni dadıb, ətin bişməsini yoxlayın, hazırdırsa qazanı plitədən götürün. Dərin kasaya kəsilmiş kişniş tökün və düşbərəni qazandan kasaya çəkin. Düşbərəni sirkə-sarımsaqla (xirdalanmış) süfrəyə verirlər.

Nuş olsun!

Skriv et svar

Din e-mailadresse vil ikke blive publiceret. Krævede felter er markeret med *

↑ Top
Facebook
Facebook
Google+0
http://www.azerifood.com">
Twitter20
YOUTUBE20
Pinterest
Pinterest
Instagram0
Follow by Email