Gürzə


0 Comments | Last Update: maj 6, 2015

 

Gürzə

Xəmir:
1 yumurta
Su – 300 ml
Un – 500 gr
Duz

İç:
Mal əti – 500 gr
Soğan – 250 gr
Duz, istiot

Undan, duz, yumurta və ilıq su ilə bərk olmayan xəmir yoğrulur. Xəmir 80-100 gramlıq kündələrə bölünür və kündələr dəsmalın üstünə qoyulur. Üstü örtülərək 5 dəqiqə bu halda qalır. Hər kündə nazik yayılır. Yuxanın qalınlığı 1-2 mm olmalıdır. Yuxa nə qədər nazik olsa, o qədər yaxşıdır. Sonra yuxanın üstündə diametri 8 sm ölçüdə dairələr kəsilir (mən armudu istəkandan istifadə edirəm).

Hər kiçik dairənin ortasına qiymə qolyulur.

gurze 2

İndi ən çətin iş başlayır – qıraqlarını bərkitmək. Baş barmaqla sizə yaxın olan ucu gətirib ikinci barmaqla sıxin. “Tikişi” axıra qədər davam edin.

gurze 3gurze 5gurze 4gurze 6

Bax beləcə gürzələr alınacaq!

gurze 1

Qazana su tökub plitənin üstünə qoyun. Suyu çox tökməyin, yoxsa dadlı olmaz! Su qaynayan kimi, bir qədər duz və xırda doğranmış pomidor əlavə edin. Su qaynayır və siz “yaratdığınız incəsənət nümunələrini” qazana atıb 5-10 dəqiqə, orta temperaturda, bişirirsiniz.

gurze 10

Bişərkən duzunu yoxlayın. Hazır gurzə süfrəyə dərin boşqabda və ya kasada verilir, üstünə sarımsaqlı qatıq (yoqurt) tökülür.

gurze 11

Nuş olsun!

Skriv et svar

Din e-mailadresse vil ikke blive publiceret. Krævede felter er markeret med *

Facebook
Facebook
Twitter20
20
Pinterest0
Pinterest
Instagram0
Follow by Email