Quru xəngəl


0 Comments | Last Update: maj 6, 2015

 

Quru xəngəl

Xəmir: 
Un – 250 gr
1 yumurta
Su – 100 ml
Duz

Xuruş:
Qoyun ya mal ətindən qiymə – 500 gr
Soqan – 250 gr
Duz
İstiot

Yağ
Qatıq
Sarımsaq

Un, yumurta və sudan ələ yapışmayan xəmir yoğrulur (düşbərə xəmiri kimi). Çox nazik yuxa yayılır (yaymaq haqqında “texnika” bölümünə baxın). Yuxa iri romblara bölünür və başqa bir sthin üstünə qurumaq üçün yığılır.

xingal old 1

Vaxtaşırı rombları yapışmamaq üçün çevirmək lazımdır. Qurumaq müddəti 7-9 saatdır.

Bu müddətdə qiyməni hazırlayın. Çəkilmiş ət soğanla, duzla, istiotla qarışdırılır və tavaya qoyulur. Üstünə 2 x.q. su tökülür və ətin suyu buxarlananadək bişirilir.

Sonra, əgər ət yağlı deyilsə, ətə yağ əlavə olunur və ət qızardılır. Qaydaya görə ət çox qızardılmamalıdır.

xingal old 3

Qatığı əzilmış sarımsaqla qarışdırın, bir az duz əlavə edin.

Qazanda suyu qaynadın və duz əlavə edin. Su qaynayan kimi qurudulmuş xəmir rombları qazana atın və 5 dəq. bişirin. Ancaq qazanın yanından uzaqlaşmayın, çünki çox qaynatmaq olmaz, onda xəngəl xəmirə dönər.

Qazanı aşsüzənə töküb yaxşıca silkələmək lazımdır ki, su qalmasın. Xəngəli dərhal boşqablara çəkin. Üstünə sarımsaqlı qatıq, yağ, və qızardılmış qiyməni tökün.  Xəngəli isti-isti yeyirlər.

xingal new 2

Nuş olsun!

 

Skriv et svar

Din e-mailadresse vil ikke blive publiceret. Krævede felter er markeret med *

↑ Top
Facebook
Facebook
Google+0
Twitter20
YOUTUBE20
Pinterest0
Pinterest
Instagram0
Follow by Email