Quymaq


0 Comments | Last Update: maj 6, 2015

 

Quymaq

2 nəfərlik

Buğda unu – 100 qr
Ərinmiş yağ – 100 qr
Su – 900 ml – 1 l

Şəkər
Darçın

Ərinmiş yağa un əlavə edilir və un yağda açıq qəhvəyi rəng alınca qovrulur (halvada olduğu kimi). Kütlə təxminən 15 dəqiqəyə hazır olur.

Unu qovurarkan, suyu qaynadın. Nəzərinizə çatdırım ki, quymaq bişirmək üçün geniş qab götürmək lazımdır. Arası kəsilmədən qarışdırmaqla üç dəfəyə bir litr qaynar suyu qovrulmuş una əlavə edin. Bu zaman ehtiyatlı olun, kütlə qaynayır və sıçrayır. Unla su eynicinsli hala düşüncə qarışdırılmalıdır. Kütlənin arasına biraz su tökün və qapaqla örtün. Zəif od üzərində 1 saat ərzində dəmləyin.

guymaq 2

Quymaq süfrəyə dərin boşqabda verilir. Üstünə darçın və şəkər tozu səpilir.

İranda quymağı su əvəzinə şərbət əsasında bişirirlər. Bu halda, süfrəyə verərəkən quymağın üstünə şəkər səpilmir.

Nuş olsun!

Skriv et svar

Din e-mailadresse vil ikke blive publiceret. Krævede felter er markeret med *

↑ Top
Facebook
Facebook
Google+0
http://www.azerifood.com">
Twitter20
YOUTUBE20
Pinterest
Pinterest
Instagram0
Follow by Email