Pirojki


0 Comments | Last Update: maj 6, 2015

 

Pirojki

Xəmir:
30 gr təzə maya
500 ml süd
150 gr  yağ
1 yumurta
500 gr un
1+4 xorək qaşığı şəkər
Duz

İç 1:
Kartof
Baş soğan
Duz
İstiot
Sumah

İç 2:
Mal əti
Yumurta
Şüyüd
Duz
İstiot

Əvvəlcə pirojkinin içini hazırlayaq. 1-ci iç üçün- kartof bişirilir, soğan kvadrat şəklində doğranıb qızılı rəngə düşüncə qızardılır. Kartofdan püre hazırlanır və qızardılmış soğanla qarışdırılır. Zövqə görə duz və istiot vurulur.

2-ci iç ücün- mal əti bişirilir, ət maşınndan keçiriılır. Bərk bişirilmiş yumurta çəngəl ilə əzilir və ətlə qarışdırılır. Xırda doğranmış şüyüd və zövqə görə duz-istiot əlavə olunur.

pirojki old 2

Xəmir belə hazırlanır. Maya ilıq süddə əridilir, buna 1 xörək qaşığı şəkər, bir az duz və un (təxminən 15 q.) əlavə edilir. Bu kütlə bərk olmayan xamanı xatırlatmalıdır. Üstü örtülmüş şəkildə isti yerdə yarım saat saxlanmaqla, hərdənbir qarışdırılmalıdır..

Yaği əridib soyudun. Bir qaba un töküb, mayalanmış xəmiri, yağı, yumurtanı, duzu və şəkəri əlavə edin. Dqqət: şəkərin miqdarı zövqdən asılı olmalıdır. Əgər perojkini şirin xoşlamırsınızsa, şəkəri azacıq tökün. Hissə-hissə unun qalanını əlavə edərək hamar xəmir yoğurun. Xəmir bir az ələ yapışacaq. İsti yerdə 1-1,5 saat saxlayın və vaxtaşırı xəmiri yoğurun.

Xəmiri kürəciklərə bölüb dəsmalın üzərinə yığın və başqa dəsmalla üstünü örtüb 5 dəqiqə saxlayın.

pirojki teze 2

Hər kürəcikdən 7 sm diametrli dairə yayın. İçi dairənin ortasına qoyun və dairənin qıraqlarını birləşdirin.

pirojki teze 1

Pirojkiləri tavaya yıqıb, üstünə yumurta çəkin.

Pirojkiləri 180 dərəcəyədək qızdırılmış sobada 20-30 dəqiqə bişirin.

pirojki new 2

Nuş olsun!

Skriv et svar

Din e-mailadresse vil ikke blive publiceret. Krævede felter er markeret med *

↑ Top
Facebook
Facebook
Google+0
Twitter20
YOUTUBE20
Pinterest0
Pinterest
Instagram0
Follow by Email