Firni
Firni
2 nəfərlik
Süd – 1 stəkan (200 ml). Mən 300 ml istifadə edirəm
Düyü unu 2,5 x.q. (40-45 gr)
Şəkər 1,5 x.q.
Bir az duz, yağ, darçın
Başqa sıyıqlar kimi, mən firnini də çox xoşlayıram. Bizim evdə firnini mənim nənəm hazırlayardı. Ancaq bu tez-tez olmazdı, çünki düyü ununu əldə etmək üçün çox vaxt qedırdı. Bundan ötrü düyünü suya qoyub, sonra əzmək lazımdı. İndi isə düyü unu satışda var və firni əvvəlki kimi çətinliklə başa gəlməyəcək.
Südü, şəkəri, duzu və düyü ununu yaxşı qarışdırın, plitəyə qoyub qarışdırmağa ara vermədən qatılaşana kimi bişirin.
Firnini boşqaba çəkib üstünə yağ tökün və zövqünüzə uyğun olaraq darcınla bəzəyin.
Firnini isti-isti yemək lazımdır.
Nuş olsun!