Dovğa


0 Comments | Last Update: maj 7, 2015

 

Dovğa

1 litr qatıq
1 litr su (0.5 litr toyuq bulyonu+0,5 litr su daha ləzzətli olur)
100 gr çiy düyü
1 yumurta
Təzə göyərti – 100 gr. – keşniş, şuyud, kəvər, təzə (yaşıl) sarımsaq
Bir ovuc noxud

Qöyərtini yaxşıca yuyun. Kəvəri və başqa göylərin saplaqlarını ayrıca seçib narın doğrayın (bunlar daha gec bişir). Göyərtinin qalan hissəsini də doğrayıb başqa qaba yığın. Düyünü yuyub qazana tökün (qazan böyük olmalıdır), yumurtanı vurub yaxşıca çalın. Qatığı və su ilə qarışmış bulyonu əlavə edib qarışdırın, qoyun orta odun üstünə. Qatıq çürüməmək üçün, qaynayanacan arası kəsilmədən qarışdırın.

Sonra düyünün bişməsini yoxlayın. Düyü bişənə yaxın, kəvərlə başqa göyərtinin saplaqlarını, varsa göy sarımsağı əlavə edib 2-3 dəqiqə qaynadın. Sonra qalan göyərtini əlavə edib qazanı plitədən götürün.

Diqqət edin ki, duz ancaq dovğa bişəndən sonra əlavə olunur, çünki dovğanı çürüdə bilər. Qatıqla su arasında nisbət haqqında qeyd edim ki, qatıq nə qədər qatıdırsa, su o qədər çox əlavə olunmalıdır. Qatığı yalnız su ilə də açmaq olar. Ancaq bulyon əlavə edəndə daha dadlı olur. Dovğaya bişmiş noxud da əlavə etmək olar. Dovğa süfrəyə soyuq halda verilir. Yağlı Azərbaycan plovundan sonra isə onun xüsusi ləzzəti var.

Azərbaycanın qərb zonasında dovğa su və ya bulyon qatılmadan bişirilir. Belə dovğa qatı olur və ona düyünü ayrıca suda bişirib əlavə edirlər. Bu cür dovğaya göyərtidən – ispanaq, şüyüd, nanə və kişniş qatılır. Kişnişin miqdarı nisbətən az olmalıdır ki, dovğaya acılıq verməsin. Belə dovğa da yuxarıdakı texnologiya ilə bişirilir və ona noxud əlavə olunmur.

Nuş olsun!

Skriv et svar

Din e-mailadresse vil ikke blive publiceret. Krævede felter er markeret med *

Facebook
Facebook
Twitter20
20
Pinterest0
Pinterest
Instagram0
Follow by Email