Küftə-bozbaş


0 Comments | Last Update: maj 8, 2015

 

Küftə-bozbaş

500 gr çəkilmiş ət
250 gr baş soğan
30  gr düyü
4 kartof
Turşu (min 4 dənə)
Biraz tomat pastası
Yarim dənə təzə pomidor
Noxud
Sarıkök

Küftə-bozbaş Azərbaycan şorbalarından biridir. Gecədən isladılmlış noxudu yarıbişmiş haladək bişirin. Qiyməni, xırdalanmış soğanı, düyünü (duz və istiot yaddan çıxmasın) yaxşı-yaxşı qarışdırın. Kartofu soyun. Pomidorun qabığını soyun və xırdalayın. Turşunu yuyun.

Qazana 1 litr su töküb plitənin üstünə qoyun. Su qaynayana qədər qiyməni 4 yerə bölüb 4 küftə tutun. Hər bir küftənin içinə turşu (quru alça) qoyun. Əllərinizlə küftələri ovuc boyda yaxşıca girdələyin.

Su qaynayanda düzəltdiyiniz küftələri bir-bir qazana salın. Plitə orta temperaturda olmalıdır. Bir az qaynadıqdan sonra kəfi yığın, bulyon şəffaf olmalıdır. Yarıbişmiş noxudu və soyulmuş kartofu əlavə edin. Kartof bir az bişəndən sonra, qazana yenə bir qədər alça turşusu ata bilərsiniz. Əgər konservləşmiş hazır noxuddan istifadə edirsinizsə, noxudu ən axırda əlavə etmək lazımdır.

30 dəqıqədən sonra kartofun bişməsini yoxlayın, əgər bişibsə, onda 1,5 çay qaşıqı tomat pastasını və doğranmış pomidoru əlavə edib 15 dəqiqə də bişirin. Küftə hazırdır. Küftənin üstünə quru nanə tökülür. Küftə süfrəyə lavaş və shoraba ilə verilirsə çox ləzzətli olur.

kufta01

Nuş olsun!

Skriv et svar

Din e-mailadresse vil ikke blive publiceret. Krævede felter er markeret med *

Facebook
Facebook
Twitter20
20
Pinterest0
Pinterest
Instagram0
Follow by Email