Təbriz küftəsi


0 Comments | Last Update: maj 9, 2015

 

Təbriz küftəsi

Mən sizə Təbriz küftəsinin reseptini təqdim edirəm. Təbriz Azərbaycanın qədim paytaxtı olmuş, 19-cu yüzilliyin əvvəlində Rus-İran müharibələri nəticəsində Azərbaycan iki hissəyə bölündü. Azərbaycanın böyük hissəsi – Güney Azərbaycan, o cumlədən Təbriz şəhəri İranın tərkibində qaldı. Quzey Azərbaycan isə çar Rusiyasının tərkibində. İndi Azərbaycanın bir hissəsi müstəqil Azərbaycan Respublikasıdır, paytaxtı – Bakıdır. İkiyə bölünmüş Azərbaycanın nümayəndələri arasında nigahlar bütöv Azərbaycanın bir simvoludur.

Bu küftəni hazırlamağı mən qaynanamdan öyrənmişəm. Ancaq hazırlamağa çox vaxt tələb olunduğuna görə nadir hallarda bişirirəm.

Bu gün mənim təbrizli qonaqlarım gəlməli idi və mən onların şərəfinə bu küftəni hazyrladım. Saat 8-də başlayan iş, saat 11-də hələ sona çatmamışdı. Əlavə 45 dəqiqə də bişirildikdən sonra küftə hazır oldu.

500 gr çəkilmiş ət (qoyun ya mal əti)
250 gr baş soğan
125 gr ləpə (yarıya bölünmüş noxud)
125  gr düyü
2 orta ölçülü  kartof
2+3 yumurta
1 banka xırdalanmış pomidor
Göyərti – cəfəri, keşniş, şüyüd
Duz, istiot, sarıkök

Qiyməni soğanla qarışdırın. Düyünü sarıköklə yarıbişmiş vəziyyətə çatdırın. Suyunu süzüb qiyməyə əlavə edin. Noxudu və kartofu ayrı-ayrılıqda bişirin. Əzilmiş kartofu və üç çiy yumurtanı qiyməyə qatın. Duz, istiot əlavə edib yaxşica qarışdırın. Sonra qöyərtini əlavə edin (əgər göyərti qurudursa, onda əvvəldən isladın və suyu süzün).

Ayrıca 2 yumurtanı bərk bişirin, qabıqdan təmizləyib 4 hissəyə bölün. Soğanı həlqəvi doğrayın. Böyuk qazana bir qədər yağ töküb soğanı qızılı rəngə düşənədək qızardın. Onun 2/3 hissəsini kənara qoyub, qalan hissəsinə bir banka (450 gr) xırdalanmiş pomidor töküb qızartmağı davam edin. Pomidor qızaranadək, qiyməni 4 hissəyə (mən 5 hissəyə böldüm) bölün. Bu küftə iri olmalıdır. Sonra əllərinizdə qiyməni girdələyib içini dərinləşdirin və ora qızardılmış soğanı, bərk bişirilmiş yumurtanı, quru alçanı yığıb bağlayın və küftəni girdələyin. Qalan qiymədən də eyni qayda ilə küftələr tutub hamısını boşqaba yığın. Küftələrin içinə qoz ləpəsi də qoymaq olar. Alçanın əvəzinə küftənin içinə quru armud, quru albalı da qoyula bilərsiz.

Pomidor qızaran kimi, qazana qaynar su tökün. Əgər varsa, turş təzə alça və təzə açı istiot (bibər) əlavə edin. Bunlar qaynayandan sonra küftələri qazana salın və qapağını örtün. Bir müddətdən sonra küftə və tərəvəz üzə çixacaq. Bundan sonra qazanı 45 dəqiqə də vam odda saxlayın.

Küftəni və bulyonu süfrəyə ayrıca verirlər. Bulyonu şorba kimi yeyirlər, küftəni isə quru xörək kimi. Mən istiotları çixarıb atıram.

Nuş olsun!

Skriv et svar

Din e-mailadresse vil ikke blive publiceret. Krævede felter er markeret med *

Facebook
Facebook
Twitter20
20
Pinterest0
Pinterest
Instagram0
Follow by Email