Piti


0 Comments | Last Update: maj 9, 2015

 

Piti

Bu milli Azərbaycan şorbasıdır. Adətən onun xüsusi gil qablarda və xüsusi sobalarda bişirirlər. Əksəriyyətin belə sobalarda və küpədə bişirmək imkanı olmadığından, idni biz pitini adi qazanda, qaz və ya elektrik plitəsində bişiririk. Şəkidə olarkən mənə əsl pitini dadmaq nəsib oldu. Orada, ləzzətli pitisi ilə bütün Azərbaycanda məşhur olan bir restoranda yediyim pitinin dadı heç vaxt yadımdan çıxmaz. Piti o qədər dadlı idi ki, mən adətən noxudu xoşlamadığım halda, həmin pitini axıradək yedim.

piti new 2

Qoyun əti (sümüklü və yağlı) bir porsiya üçün 1 parça
Kartof 1 böyük 1 porsiya üçün ya da ki şabalıd
Noxud bir ovuc
1 baş soğan
Alça
Sarıkök
Duz, istiot

Əvvəlcədən noxudu soyuq suda isladın və bir-neçə saat sonra natamam bişirin. Əti yuyub qazanın içinə qoyun və su tökün. Su ətin üstünədək olmalıdır. Qazana bir baş təmizlənmiş soğan atın və orta temperaturda bişirin. Ətin kəfini yığın, bulyon şəffaf omlaıdır. Qoyun ətini bir saata yaxın bişirin və duz əlavə edin. Ətin bişməyini çəngəllə yoxlayın, bişəndən sonra baş soğanı çixarıb atın. Soğan onun üçün atılır ki, qoyun ətinin qoxusunu özunə çəksin. Kartofu təmizləyib qazana tökün, bir az sarıkök, noxud və alçanı əlavə edin. Kartof bişərkən yarım xörək qaşığı tomat pastası ya xırda doğranmış pomidor tökün. 5-10 dəqiqə bişirin.

Əsil pitidə kartof olmur, yerinə şabalıd qoyulur.

Hazır pitini süfrəyə verərkən, yanında lavaş ya çörək, nazik həlqələrlə doğranmış soğan, göyərti və ya şoraba da verilir.

piti new 1

Nuş olsun!

Skriv et svar

Din e-mailadresse vil ikke blive publiceret. Krævede felter er markeret med *

Facebook
Facebook
Twitter20
20
Pinterest0
Pinterest
Instagram0
Follow by Email