Sulu xəngəl


0 Comments | Last Update: maj 10, 2015

 

Sulu xəngəl

Bu sulu xəngəlin Bakı zonasında bişirilən variantıdır. Mənim çox sevdiyim bu şorbanı nənəm tez-tez hazırlayardı. Şorba çox asanlıqla və tez bişirilir.

suluxingal new 3

Xəmir:
Un – 200 gr
Yumurta – 1 ədəd
Su – 100 ml
Duz

Şorba:
Xırda hissələrə bölünmüş qoyun əti – 500 gr.
Baş soğan – 2 ədəd
Noxud
Duz
İstiot
Tomat pastası – 1 ç.q.

Sirkə
Sarımsaq
Quru nanə

Xəngəlin xəmiri düşbərə xəmiri kimi hazırlanır və eləcə də kəsilir. Kvadratlar taxtanın üstünə yığılır və qurudulur. Doğranmış xəngəli dərhal bişirmək olar. Əgər istəsəniz, yaxşıca qurudub sonraya da saxlaya bilərsiniz. Bunun üçün qurumuş xəngəli elastik və ya şüşə qaba yığıb, ağzını bağlamaq lazımdır.

suluxingal new 2

Noxud axşamdan soyuq suda isladılır və səhər yarımçıq bişirilir.

Ət xırdaca doğranır, yuyulur, qazana qoyulub üstünə su tökülür. Qazana bir baş soğan salınır. Ətin kəfi yığılır. Ət bişəndən sonra, bulyonu süzgəcdən başqa bir təmiz qazana süzülür. Ət də bu qazana qoyulur. Noxud əlavə olunur, sonra tomat pastası və 4 ovuc xəngəl. Xəngəl bişənədək bir baş soğan təmizlənir, xırdaca doğranaraq qızılı rəngə düşüncə qızardılır.

Süfrəyə verərkən şorbanı boşqaba töküb qızardılmış soğani əlavə edin və üstünə nanə tökün. Sulu xəngəlin yanında süfrəyə sirkənin içində xırdalanmış sarımsaq da verilir.

Azərbaycanın qərb zonasında sulu xəngəli “Qaşıq xəngəli” adlandırırlar. Qaşıq xəngəlini noxudsuz bişirirlər və süfrəyə sirkə-sarımsaqla yox, qatıq-sarımsaqla verirlər.

suluxingal new 4

Nuş olsun!

Skriv et svar

Din e-mailadresse vil ikke blive publiceret. Krævede felter er markeret med *

Facebook
Facebook
Twitter20
20
Pinterest0
Pinterest
Instagram0
Follow by Email