Şorba


0 Comments | Last Update: maj 10, 2015

 

Şorba

Onu hazırlamaq çox asandır və eyni zamanda o, çox xeyirlidir.

shorba

Parçalanmış toyuq – 1 dənə
Qirdə düyü  -100 gr
Quru alça – 4-5 dənə
Zəfəran
Noxud – bir-iki ovuc
Şüyüd, Keşniş

Noxud axşamdan soyuq suda isladılır və səhər yarımçıq bişirilir. Toyuq yağlı yaxşıdır. Toyuqu yaxşı yuyun, çoxlu miqdarda suda bişirin, sonra bulyondan çixarın, bulyonu isə başqa bir qazana süzün. Bulyonu qaynadın, 4.5 saplaq zəfəran əlavə edin, sonra  quru alça, düyü. Düyü bir qədər olmalıdır ki, şorba həlimli olsun. Hamı bir yerdə bişsin və sonra noxudu əlavə edin, 5-10 dəqiqə bişsin. Düyü bişibsə, deməli şorba hazırdır.

Şorba dərin boşqablara tökülür və üstünə xırda doğranılmış göyərti əlavə olunur. Mən və mənim uşaqlarım noxudu xoşlamırıq, onun üçün bizim şorbada noxud yoxdur.

OLYMPUS DIGITAL CAMERA

Nuş olsun!

Skriv et svar

Din e-mailadresse vil ikke blive publiceret. Krævede felter er markeret med *

Facebook
Facebook
Twitter20
20
Pinterest0
Pinterest
Instagram0
Follow by Email