Xaş


0 Comments | Last Update: maj 10, 2015

 

Xaş

Əgər Siz bir dəfə də olsun Azərbaycanda olmusunuzsa, onda, yəqin ki, xaşdan eşidib və ya yemisiz. Xaşı səhər tezdən yeyirlər və bütün Güney Qafqazda o yayılmişdir. Bu Qafqaz kişilərinin istəkli yeməyidir, çünki xaş keçən axşamın yemək-içməyindən sonra çox yerində olur.

xash old 2

Beləliklə, xaş üçün lazımdır:

Mal ayağı, özüdə qabaq ayaqları və qoca olmasın

Ayaqları tükdən təmizləmək üçün oda tutmaq lazımdır. Bir neçə dəfə yumaq, oynaqlar üzrə 2-4 yerə bölmək.

xash old 5xash old 3

Bunları minalanmış qazanın içinə qoymaq, üstünə su tökmək. Kəfi yiğmaq, su qaynayanda, onu boşaltmaq, bir daha ayaqları yumaq və təmiz suyun içinə salmaq. Su 15-20 sm ayaqları örtməlidir və balaca odun üstündə bişirmək. Su bərk qaynamamalıdır. Vaxtaşırı kəfi yığmaq.

xash old 6

Mən bir baş soğan atıram ki, kəf yaxşı yığılsın və kök salıram ki, suyu şəffaf olsun. Bişirilmənin yarısında soğanı və kökü çıxarıb tullayıram. Sona yaxın duz, iri istiot və dəfnə yarpağı əlavə edirəm. Ayaqlar o həddə qədər bişirilir ki, əti sümügdən ayrılsın. Xaş gecədən səhərə kimi bişirilir (22.00-dən 6.00-dək). Suyun miqdarı iki dəfə azalır. Ət sümükdən ayrılarkən, bulyon yağlı qızılı rəngdə olmalıdır.

xash old 7

Xaşı sirkənin içində sarımsaqla, nar turşusu, şoraba, göyərti ilə yeyirlər. Həkimlər xaşı sınıqda tövsiyə edirlər.

Xaşı adətən kişilər hazırlayırlar. Xaş kişilər üçün dostlarla  vaxtı şən keçirmək üçün gözəl bir bəhanədir. Xaş – dünyada sustlaşmaqdan ən  gözəl üsuldur.

xash old 1

Nuş olsun!

Skriv et svar

Din e-mailadresse vil ikke blive publiceret. Krævede felter er markeret med *

Facebook
Facebook
Twitter20
20
Pinterest0
Pinterest
Instagram0
Follow by Email