Yarpaq dolması


0 Comments | Last Update: maj 11, 2015

Yarpaq dolması

5-6 nəfərlik

dolma yarpag new 0

150 gr təzə ya da konservləşmiş üzüm yarpaqı
500 gr qoyun ya da mal qiyməsi (50/50 də olar)
200 gr çıkilmiş baş soğan
Duz
İstiot
Göyərti: keşniş, şüyüd, nanə, tarxun
50 gr noxud, bişirilmiş və yarıya bölünmüş (adətən noxud istifadə olunmur, amma biz noxudlu xoşlayırıq)
50 gr çiy  düyü

Göyərtini yuyub doğrayın. Düyünü yuyun, əgər noxud qatmaq istəsəniz, bişirib ikiyə bölün. Qiyməni soğanla qarışdırıb, düyünü, xırdalanmış göyərtini, noxudu, duzu və istiotu əlavə edin. Kütləni yaxşı qarışdırın. Üzüm yarpaqlarını yuyub üstünə qaynar su tökün və 2-3 dəqiqə saxlayın, sonra sudan çıxardın. Qalın dibli qazana azca yağ (bitki yağı da olar) tökün, böyük yarpaqlardan bir neçəsini qazanın dibinə sərin. Bir-bir yarpaqları götürüb içinə kiçik ət kütləsi qoyaraq yarpaqı konvert (zərf) kimi bükün. Əvvəlcə aşağıdan, sonra yan tərəfdən və nəhayət üstdən.

OLYMPUS DIGITAL CAMERA

Dolmaları bir-birinin yanına zəncirvarı yığın. Sonra qazanı iti alovun üstünə qoyun, qaynayan kimi, zəif alova keçirin. Dolmaların üstünə su töküb üzərini dessert boşqabla örtün. Qazanın qapağını bağlayıb 1-1,5 saat bişirin, yarpaqlar və düyü bişənədək.

Əgər təzə yarpaq yoxdursa, onda duza qoyulmuş yarpaqdan istifadə etmək olar. Bu yarpaqı Avropa ölkələrində hər bir türk və ərəb mağazasından almaq olar. Düzdür, onlar qalın və böyükdülər. Belə halda mən qayçı ilə yarpaqı iki hissəyə bölürəm. Azərbaycan dolmasının xüsusiyyəti onun ölçüsündədir. Dolma nə qədər xırdadırsa, o qədər qəşəngdir.

Süfrəyə dolma sarımsaqlı (əzilmiş) qatıqla verilir.

dolma yarpag new 1

Nuş olsun!

Skriv et svar

Din e-mailadresse vil ikke blive publiceret. Krævede felter er markeret med *

↑ Top
Facebook2k
Facebook
Google+0
http://www.azerifood.com">
Twitter20
YOUTUBE20
Pinterest
Pinterest
Instagram0
Follow by Email