Toyuq çığırtması


0 Comments | Last Update: maj 11, 2015

 

Toyuq çığırtması

toyug chixirtma 3

Toyuqun yarısı
2 baş soğan
3 yumurta
Limon turşusu
Sarıkök
Duz, istiot

Toyuqu yaxşı yuyub, xırda parçalara kəsin. Soğanı dairıvi kesib “ölənədək” qızardın (yarışəffaf olmalıdır). Toyuqu əlavə edin və vaxtaşırı qarışdıraraq qızardın. Duz və istiotu əlavə etməyə yaddançıxartmayın.

Toyuq bişəndən sonraç sümükləri ətdən ayırın. Stəkana ¼ç.q.sarıkök, ¼ç.q. limon turşusu, 1/3 stəkan qaynar su töküb limon turşusu əriyənədək qarışdırın. Bu qarışığı toyuqun üstünə toküb, hər şeyi yaxşıca qarışdırın.

toyug chixirtma old 1

Tavanı qapaqla örtün, amma tez-tez tavanın içindıkilıri qarışdırın ki, yanmasın. Su buxarlanmalıdır. Bu anı ötürmək olmaz,çünki onda toyuq və soğan yana bilər. Su buxarlanan kimi tavanı odun üstndən gətirib içindəkini odadavamlı qaba boşaldın. Yumurtalarıçalıb toyuqun üstünə tökün. Sobanı (duxovkanı) yandırıb 200 dərəcəyəçatdırın və toyuq içində olan qabı içərisinə qoyun.çığırtmanı 30-40 dəq. duxovkada saxlayın.

Müasir reseptin fərqi ondadırı ki, üstünə yumurta töküləndən sonraçığırtma yanmamaq üçün mənim rəfiqəm yaxşı üsül tapdı  – çığırtmanı duxovkaya qoymaq.çox dadlı alınır. Mənim rəfiqəm yumurtannın içinə doğranmış keşniş və ya cəfəri də əlavə edir və toyuqun üstünə tökür. Bu əsl reseptdə yoxdur.

OLYMPUS DIGITAL CAMERA

Çığırtmanı xuruş kimi plovla yeyərlər, ammaçörəklə də yemək olar.

Çığırtmanın bir qədər turşməzə dadı var.

toyug chixirtma 2

Nuş olsun!

Skriv et svar

Din e-mailadresse vil ikke blive publiceret. Krævede felter er markeret med *

Facebook
Facebook
Twitter20
20
Pinterest0
Pinterest
Instagram0
Follow by Email