İçi doldurulmuş balıq sobada


0 Comments | Last Update: maj 11, 2015

 

İçi doldurulmuş balıq sobada

Bu balığı biz Novruz bayram axşamına hazırlamışdıq. Bunun üçün kütüm ya xəşəmbalığı lazımdır. Biz kütümdən istifadə etmişdik. Yaxşıdır, çünki sonra dayım bizim üçün xəşəm ləvəngi gətirmişdi. Azərbaycanda balığı çox sevirlər və çox da onu yeyirlər. Hətta mən balığı çox xoşlamayan böyük həzzlə xəzər balığını Bakıda yedim.

balig farsh new 2

Balıq – kütüm, xəşəm. Xaricdə yaşayanlar Sibas balıqdan da istifadə edə bilərlər
Qoz
Kişmiş
Baş soğan
Duz, istiot

İç üçün qoz, kişmiş və baş soğan lazımdır. Soğanı xirda doğrayıb qızılı qızardın. Kişmişin üstünə qaynar su töküb bir dəqiqə saxlayın və sonra suyu süzün. Balta və ya bıçaqla kişmişi xırdalayın. Qozu da xırdalayın. Bunların hamını yaxşı qarışdırıb kənara qoyun.

OLYMPUS DIGITAL CAMERA

Balıqı təmizləyib duzlayın və bir neçə saatlıq saxlayın. Sonra yenə yuyub içini hazırlanmış içlə doldurun. Balıqın qarnını tikin. Yaxşi yağlanmiş tavaya qoyun.

balig farsh new 1

Bir saat ərzində 200 gradusa qədər istilənmiş duxovkada bişirin.

Novruz bayramında masada mütləq balıq olmalıdır. Balıqın ağzında isə qızıl üzük olmalıdır. Deyilınlırı görə balıq ruzu-bərəkət gətirir. Novruz bayramı bizim yeni il olduğu üçün, yeni ilin ilk anlarını məhz balıqla qarşılayırlar.

OLYMPUS DIGITAL CAMERA

Bu da dayım gətirdiyi balıq. Bu xəşəm ləvəngidir.

OLYMPUS DIGITAL CAMERA

Nuş olsun!

Skriv et svar

Din e-mailadresse vil ikke blive publiceret. Krævede felter er markeret med *

↑ Top
Facebook
Facebook
Google+0
http://www.azerifood.com">
Twitter20
YOUTUBE20
Pinterest
Pinterest
Instagram0
Follow by Email