Plov


0 Comments | Last Update: maj 12, 2015

 

Plov

(4 nəfərə)

plov 1

Düyü – 4 fincan (125 ml-lik fincan)
Su
Duz
Yağ
Zəfəran

Plovu hazırlamamışdan öncə ən azı 3-4 saatlıq düyünü yuyub – üstünə duzlu su töküb kınara qoyun. Düyünü mütləq islatmaq lazımdır, onda düyü yüngül və tez bişir. Mən adətən düyünü gücədən isladıram.

Bir fincana zəfəran töküb qaynar su əlavə edin və üstünə nəlbəki qoyun. Ən azı 4 saatlıq. Mən gecədən zəfəranı dəmləyirəm. Mütləq üstünü nəlbəki ilə örtün, onda ətiri “qaçmaz”.

Bir qazan gətirin. Plov üçün məndə xüsusi qazan olmadığı üçün, mən adi qazanda, amma dibi qalın olan qazanda bişirirəm. Qazan balaca olmamalıdır, çünki düyü üçün “bol yer” olmalıdır. 4-5 fincanlıg düyü üçün mən 5 litirlig qazandan istifadə edirəm. Qazanı su ilə doldurub, güclü odun üstünə qoyun. Duz tökün, duza qənaət etməyin. Şit düyü dadlı olmayır. Su qaynayan kimi isladılmış düyünü qaynar suya töküb, qarışdırın. Düyülər yapışmamalıdır. Bişmə müddəti 5-10 dəq. Düyü uzanmalıdır və yarı bişməlidir. Bu çox vacib andır, onu ötürmək olmaz, çünki bundan son nəticə asılıdır. Düyünü ötürsəz, onda yapışmış cin düyüsü alınacaq.

plov 4

Qazanda düyünü aşsüzənə tökün, qazanın dibində düyü qalmamalıdır, qazanı yaxalayın. Qazanın dibinə ərimiş yağ tökün. Yağ bütöv dibi tutmalıdır. Qazanın dibinə dairəvi (qazan həcmində) lavaş kəsin. Mən adətən xüsusi xəmir hazırlayıram, amma vaxt çatmayanda – hazır lavaş. Xəmirin (lavaşın) üstünə düyünü tökün, düyü dənədən açılmalıdır.

Düyünü tökəndən sonra taxta qaşıqın qulpu ilə düyüdə deşiklər açın. Düyünün üstünə təxminən 0,5 fincan ərinmiş yağ və 0,5 fincan su tökün. Qazanı odun üstünə qoyun. Qazanın qapağını bir dəsmala büküb, qazanın üstünə qoyun (belədə buxar yaxşı yığılır). 15 dəq sonra qapağı qaldırıb düyünün üstünə zəfəranı tökün.

Qapağı yenə bağlayıb 1-2 saat düyünü bişirin (bu düyünün miqdarlndan, eyni zamanda qazanın həcmindən asılıdır).

Düyünün bişməsi onun xarici görüşündən müəyyən edilir – düyülər dik durmalıdır və düyüdən ətir gəlməlidir.

plov 5

Zəfəranlı düyünü qazandan bir başqa boşqaba yığın. İri nimçəyə düyünü çəkib üstündən zəfəranlı düyünü tökün. Zəfəranın saplaqlarını da saxlayın, çünki düyüyə o bir gözəllik verir. Sonra qazmağı qazanın dibindən ayırıb başqa bir boşqaba ya da plovun yanına yığın. Plova müztəlif xuruşlar verilir, misal üçün səbzi-qovurma.

plov 2

plov 3

Nuş olsun!

Skriv et svar

Din e-mailadresse vil ikke blive publiceret. Krævede felter er markeret med *

Facebook
Facebook
Twitter20
20
Pinterest0
Pinterest
Instagram0
Follow by Email