Turşu qovurma
Turşu qovurma – şabalıd və turşu (albuxara) ilə xuruş
3×3 sm həcmində doğranmış qoyun əti – 1 kg
Baş soğan – 5 dənə
Şabalıd – 300 gr
Albuxara – 15 dənə
Limon turşusu – 1-1,5 çay qaşığı
Sarıkök – 0,5 çay qaşığı
Ət bulyonu – 1 iskan
Duz, istiot
Əti yuyub bişirin. Şabalıdı çərtib (Şirin plovda şekil var) 5 dəqş qaynar suda bişirin. Sudan çıxarıb, qabığını soyun. Albuxarana 3-4 dəq. suda saxlayıb suyu boşaldın.
Baş soğanı həlqəli doğrayıb yağda “ölənədək” (şəffaf olanadək) qızardın. Əti əlavə edib qızardın. Soğan qızılı olmalıdır, ət də qızarılmalıdır.
Ayrı bir tavaya bir az yağ və ətin bulyonunu (bişirilmiş ətdən qalmış) töküb balaca odda şabalıdları qızardın. Eyni üsulla albuxaranı da qovurun. Bunları ətlə soğanın üstünə töküb astaca qarışdırın.
Fincana limon turşusu, bir az duz və sarıkök töküb qaynar su ya ət bulyonu əlavə edib qarışdırın. Əriyəndən sonra ətin üstünə töküb qarışdırın. 0,5-1 saat ərzində balaca odda xörək bişməlidir. Yaddan çıxmasın vaxt aşırı astaca qarışdırın.
Nuş olsun!