Toyuq pilov


0 Comments | Last Update: maj 15, 2015

 

Toyuq pilov

Bişmiş toyuqu hamı yeyib, amma xüsusi üsulla düyünün altında bişmiş toyuq başqa bir ləzzətdir.

toyuq pilov 1

Bütöv toyuq
100 gr. kişmiş
iki orta baş soğan
Yağ (olar bitki)

Toyuqu yuyub qazana qoyun və üstünə su tökün (su toyuqu tam örtməməlidir). Duz əlavə edin. Güclü odun üstünə qoyun, qaynayan kimi, odu azaldın. Kəfi yığın, qapağı qoyub toyuqu yarımçıq bişirin. Bu an çox vacibdir – toyuq tam bişməməlidir, əks halda sonra toyuq “dağılar”.

Soğanı kiçik kvadratlarla kəsib, duz əlavə edin və qızılı qovurun.

Kişmişi qaynar suda 2 dəq. isladın. Sonra kişmişi qurudun. Böyük bıçaqla kişmişi xırdalayın.

toyug pilov old 1

Xırdalanmış kişmişi qovrulmuş soğanla qarışdırın.

Bişib soyumuş toyuqun bud və qanadlarının uclarını kəsin, bu elementlərlə toyuq estetik qörünmür. Kişmiş və soğanla toyuqun qarnını doldurun. Toyuqu bir tənzifə bükün (düyü toyuqa yapışmamaq üçün). Qoyun qırağa.

Düyünü hazırlayın. Qazanın dibinə yağ töküb lavaşı (qazmaqı). Sonra 2-2,5 sm düyünü tökün, belə ki qazmaq görünməməlidir. Tənzifə sarılmış toyuqu kürəyi yuxarı düyünün üstünə qoyun, bundan sonra qalan düyünü toyuqun üstünə tökün. Yağ və 1/4 stəkan qaynanmış su əlavə edin.

toyug pilov old 2

Qazanın qabağını tənzifə bürüyüb (ya da dəsmalla) qoyun odun üstünə. Belə düyünün üstünə adətən zəfəran tökülməyir. Belə düyü toyuqsuz düyüdən daha çox bişir.

Düyü hazır olandan sonra kəfkirlə böyük boşqaba (bljuda) toyuqun üstündəki düyünü yığın, üstünə zəfəran tökün, toyuqu çıxardın, tənzifdən ayırın və plovla masaya verin. Toyuqun yanına bıçaq, həncəl və iç üçün qaşıq qoyun.

Adətən toyuqun altında olan düyünü qonaqlara vermirlər, amma inanın ki, bu düyü ən ləzzətlidir! Çünki ona toyuqun bütün təmi çıxmışdır.

Nuş olsun!

Skriv et svar

Din e-mailadresse vil ikke blive publiceret. Krævede felter er markeret med *

Facebook
Facebook
Twitter20
20
Pinterest0
Pinterest
Instagram0
Follow by Email