Lobya-çilov
Lobya-çilov plov
Bu plovu adətən Novruz bayramı qabağı, axır çərşənbə axşamı haxırlayırlar. Onu quru balıq ya da qızarılmış balqabaqla verirlər. Mənim anam bu plovun üstünə şəkər tozu tökülmüş xoşlayır. Mənə daha quru balıqla xoşdur.
(4 nəfərə)
Düyü – 4 fincan (125 ml-lik fincan)
Ağ lobya – 2 fincan
Su
Duz
Yağ
Zəfəran
Qarnir kimi duzlu quru balıq – xəşəm və ya kütüm
Düyü və lobya gecədən suda islandırın. Lobya bişirilərkən bir az duz əlavə edin. Sudan lobyanı boşaldıb kınara qoyun.
Düyünü qaynadıb yarıbişmiş vəziyyətə çatdırın. Qazanın dibinə yağ töküb bir qədər lobya və düyü töküb qarışdırın, kütlə dibdə bərabər bölüşdürülməlidir.
Sonra düyünün bir hissəsini, sonra lobyani, yenə düyünü və beləcə lay-lay qazanda bölüşdürün. Üst layda düyü olmalıdır. Bir az su və yağ töküb dəsmala börülmüş qabağla bağlayın.
Plov hazır olarkən elə qazanın içində düyüylə lobyani qarışdırıb süfrəyə verin.
Quru balığı getirin, hissələrə bölüb yuyun. Düyü bişənədək balığı ayrı bir qaba qoyub üstünə su tökün və təxminən 15 dəq. bişirin. Çalışın ki plov və balıq eyni vaxtda hazır olsun. Onlar ikisi də isti masaya verilir.
Nuş olsun!