Şirin plov
Şirin plov
Kuraqa – 100 gr
Sarı kişmiş – 100 gr
Ərinmiş (olar bitki) yağ – 1 xörək qaşığı
Bir az su – 1-2 xörək qaşığı
Meyvələri yuyub, qurudun.
Tavaya yağ və su töküb kuraqanı və kişmişi əlavə edin (kuraqa böyükdürsə, onu 2-yə bölün). Daimə quru meyvələri qarışdırın, onlar yanmamalıdır. Tavanın üstünə qapaq qoyun. Əgər bərkdilərsə yağ və 1 x.q. su əlavə edin. Meyvələr yumuşalanadək yenə qarışdırın. Qapağı üstündən getirin. Qoy meyvələrin suyu çəkilsin.
Bakıda bunları süfrəyə müxtəlifcur verirlər. Biz quru meyvəni başqa bir boşqabda, plovdan ayrı süfrəyə veririk. Amma ailələlər var ki, quru meyvə ilə plovun üstünü bəzəyirlər.
Azərbaycanda belə də edirlər: quru meyvıni qovurub, yarımhazır düyü ilə qarışdırılıb dəmə qoyulur. Süfrəyə verildikdə təpəcik şıklindı boşqaba çəkilir.
Bir də bizdə qiymə-çilov plov bişirirlər. Onun üçün də quru meyvədən istifadə olunur – yanlnız kişmiş və şabalıd. Bunun üçün qovruluş ət qiyməsinə hazır şabalıdı və kişmişi əlavə edirlər. Bunlar yaxşıca qarışdırılır.
Nuş olsun!