Qazmaq
Qazmaq
Un – 150 qr.
Ərinmiş yağ – 70 qr.
Su – 50 ml
Duz
Bir qaba unu və duzu tökün. Sonra ərinmiş yağı (su vəziyyətində) və suyu. Hamını qarışdırın. Xəmir nə bərk, nə də ki lap yumşaq olmalıdır. Kundə tutub 5-10 dəqiqəlik xəmiri kənara qoyun.
Sonra kündəni təxminən 0,5 sm qalınlığında yayın və yenə kənara qoyun. Yayma 1-2 saat belə qalmalıdır, bir qədər qurumalıdır.
Düyünü qazana tökməmiş, qazanın dibinə yağ töküb lavaşı “üzü aşağa”, yəni qurudulmuş tərəf qazanın dibində olmalıdır. Adətən lavaşın üzərində mən stəkanla dairələr edirəm, süfrədə onlar çox estetik görünür.
Sonra yenə biraz yağ töküb düyünü boşaldın.
Nuş olsun!