Səbzi qovurma


0 Comments | Last Update: juni 2, 2015

Səbzi qovurma

Azərbaycan mətbəxində bu çox yayılmış xörəkdir. Bu xörəyin hazırlanmasının mərhələlərini mən foto ilə çəkə bilmədim, onun üçün son nəticənin şəklini yerləşdirirəm.

Səbzi qovurma vitaminlərlə bol olan xörəkdir. Çox ləzzətlidir, onun ayrı lavaşla, çörəklə eyni zamanda plova xuruş kimi də yemək olar.

sebzi 1

3×3 sm həcmində doğranmış qoyun əti – 1 kg
Göyərti (çox olmalıdır) təxminən 1-2 kg: keşniş, şuyud, kəvər, ispanaq, turşəng, tarxun, varsa goy sarımsaq
Baş soğan – 5-6 dənə
Limon turşusu – 1-1,5 çay qaşığı
Ət bulyonu – 1 iskan
Duz, istiot

Qoyun əti 3×3 sm həcmində tikələrə doğranılır, qazana qoyulur. Qazana biraz su və bir baş soğan atılır. Güclü odun üstünə qoyulur, qaynayan kimi odu azaldın, kəfi yığın. Soğan qoyun ətinin qohusunu aparır. Ət bişəndən sonra soğanı tullayın. Əti başqa bir qaba qoyub, bulyonu süzün.

Qalan baş soğan xırda-xırda doğranılır. Tavaya 2-3 x.q. yağ əlavə edib, soğanı qovurun. Əvvəlcə güclü odun üstündə, sonra “səs” salan kimi odu azaldın. Soğan şəffaf olan kimi ətlə qarışdırıb qovurun. Qovurulandan sonra bunları hündür qazanın içinə tökün.

turshi qovurma1

Göyərtini doğrayın.

sebzi old 1

Kəvər, sarımsaq və qalan göyərtinin saplaqlarını başqa bir qaba yığın, qalan göyərtini isə – ayrı qaba. Ət olan qazanı güclü odun üstünə qoyub, yağ əlavə edin. Sonra odu azaldın və ətin üstünə qabda olan kəvər və başqa göyü tökün. 4-5 x.q. ətin bulyonunu əlavə edin, qarışdırın. Əvvəlcə göyərtinin həcmi çox böyük olacaq, amma bişdikcə “azalacaq”. Bundan sonra qalan göyərtini tökün.

sebzi old 2

Yenə 4-5 x.q. ət bulyonundan əlavə edin. Qarışdırın. Bişdikcə göyərtinin həcmi bir neçə dəfə azalacaq. Göyərtiyə ət bulyonu, ətə isə vitaminlər hopacaq.

sebzi 2

Nuş olsun!

 

Skriv et svar

Din e-mailadresse vil ikke blive publiceret. Krævede felter er markeret med *

Facebook
Facebook
Twitter20
20
Pinterest0
Pinterest
Instagram0
Follow by Email