Toyuq ətindən fisincan


0 Comments | Last Update: juni 2, 2015

 

Toyuq ətindən fisincan

fisincan toyug

Bölünmüş toyuq
Baş soğan – 2 d.
Qoz – 600 gr.
Limon turşusu
Duz, istiot
Ərinmiş yağ

Baş soğan xırda doğranılır. Yumuşalanadək yağda qovurun. Toyuq tikələrini təxminən 15 dəq. bişirin. Bulyonu tullamayın. Toyuğu soğanla qızardın, qoyun kənara.

fisincan old 3

Qozu xırdalayın. Fincanda limon turşusu, 1 ç.q. duzun üstünə qaynar su töküb, əridin.

Çuqun tavanı odun üstünə qoyub hazırlanmış məhlulu ora tökün. Qaynayan kimi qozu üstünə töküb qarışdırın. Məhlul qoza hopandan sonra əgər gördünüz ki qozlu kütlə susuz qurudur, onda yenə məhlul düzəldin, amma limon turşusu və duz az olmalıdır.

Bir az dadın, əgər turşluğu azdırsa, onda limon turşusu əlavə edin. Əsl çuqun tavada qoz kütləsinin rəngi tündləşməlidir. Amma indi əsl çuqun tavasını tapmaq çox çətindir. Onun üçün mən kiçicik bir improvizasiyaya əl atıram. Qoz kütləsinin içinə mən ətçələn maşınının torunu atıram. Daimə qarışdıraraq torun ətrafında kütlə tündləşir. Kütlənin rəngi çox tünd olmamalıdır, təhminən 5-7 dəq. saxlamaq lazımdır.

Toyuqla qazanı odun üstünə qoyun, ərinmiş yağ tökün (yağ tam əriməlidir). Toru kütlədən çıxardın və qoz kütləsini qazana töküb, toyuqla qarışdırın. Fisincan qurudursa, bir qədər toyuq bulyonundan əlavə edin. Çox liçik odda təxminən 2 saat fisincanı bişirin. Lazım olduqda yağ və bulyon əlavə edin.

fisincan old 2

Hazır fisincanın rəngi tünd bənövşəyi olmalıdır. Fisincan plovla süfrəyə verilir.

fisincan old 5

Nuş olsun!

Skriv et svar

Din e-mailadresse vil ikke blive publiceret. Krævede felter er markeret med *

↑ Top
Facebook
Facebook
Google+0
http://www.azerifood.com">
Twitter20
YOUTUBE20
Pinterest
Pinterest
Instagram0
Follow by Email