Qırmızı qarağat mürəbbəsi


0 Comments | Last Update: juni 15, 2015

 

Qırmızı qarağat mürəbbəsi

ribs new 3

1 kg təmizlənmiş qarağat
1 kg şəkər
0,25 stəkan su

Giləmeyvəni saplaqlardan təmizləyib ehtiyatla yuyun. Mən adətən giləmeyvəni süzğəcin içində yuyuram. Süzğəci vaxtaşırı sirkələyirəm.

ribs new 1

Qazana ya da teştə giləmeyvənin yarısını töküb üstünə şəkər əlavə edin, və sonra qalmış giləmeyvəni tökün.

ribs new 2

Vaxtaşırı qazanı silkələyin, şəkər bərabər yerləşməlidir. Bir neçə saat saxlayın. Əgər hava istidirsə, onda soyuq yerdə (soyuducuda), əks halda giləmeyvə turşuyar. 0,25 stəkan su əlavə edib qazanı (teşti) orta odun üstünə qoyun.

ribs old 1

Şəkər əriməlidir və mürəbbə qaynamalıdır. Şəkər əriyəndə mürəbbə belə görünür.

5-7 dəq odun üstündə saxlayın. Bərk qaynamamalıdır. Odu söndürüb, mürəbbəni soyudun. Mürəbbə hazırdır.

ribs new 4

Nuş olsun!

Skriv et svar

Din e-mailadresse vil ikke blive publiceret. Krævede felter er markeret med *

Facebook
Facebook
Twitter20
20
Pinterest0
Pinterest
Instagram0
Follow by Email