Heyva mürəbbəsi


0 Comments | Last Update: juni 15, 2015

 

Heyva mürəbbəsi

heyva new 2

1 kq təmizlənib doğranmış heyva
1 kg şəkər
1 stəkan su

Heyvanı yuyub, qabığdan təmizləyin. Heyvanı 3-4 cm ölçüdə doğrayın.

heyva new 3

Suda şəkəri əridib qaynadın. Sirop qaynayan kimi, heyva dilimlərini tökün. Qaşıqla heyvaları siropun içinə basın. 5 dəq. qaynadın, sonra odun üstündən gətirib, soyudun.

heyva new 4

Yenə odun üstünə qoyub 3-4 dəq qaynadın, yenə soyudun. 3-4 dəfə bu proseduru təkrar edin. Mən 5 dəfə bu proseduru keçirtdim. Hazır mürəbbənin konsistensiyası jele kimi və xoşagələn qırmızı rəngi olmalıdır.

heyva new 1

Nuş olsun!

Skriv et svar

Din e-mailadresse vil ikke blive publiceret. Krævede felter er markeret med *

Facebook
Facebook
Twitter20
20
Pinterest0
Pinterest
Instagram0
Follow by Email