Çiyələy mürəbbəsi


0 Comments | Last Update: juni 15, 2015

 

Çiyələy mürəbbəsi

klubnika 1

1 kq çiyələy
1 kq şəkər
1 stəkan su

Çiyələylər eyni dərəcədə yetişmiş, əsasən eyni ölçüdə olmalıdırlar. Giləmeyvəni yuyub ehtiyatla bəndəmindən ayırın. Qazana qoyub üstünə şəkər tökün. 5-8 saatlıq saxlayın. Qazanı bir neçə dəfə silkələyin, şəkər giləmeyvə arasında bərabər bölüşdürülməlidir. 5-8 saatdan sonra su əlavə edib, odun üstünə qoyun. Şəkər əriməlidir və qaynamalıdır. Qaynayan kimi odun üstündən gətirib soyudun. Yenə odun üstünə qoyub qaynadın və soyudun. Bir neçə dəfə bunu təkrar edin. Mürəbbənin şirəsi bərkiməlidir. Mən 5 dəfə bu proseduru təkrar etdim. Nəticə belə alındı.

klubnika 2

Nuş olsun!

Skriv et svar

Din e-mailadresse vil ikke blive publiceret. Krævede felter er markeret med *

Facebook
Facebook
Twitter20
20
Pinterest0
Pinterest
Instagram0
Follow by Email