Ağ gilas mürəbbəsi


0 Comments | Last Update: juni 15, 2015

 

Ağ gilas mürəbbəsi

gilas new 1

1 kilo ağ gilas
1 kilo şəkər
0,5 stəkan su

Gilası suyun altında yuyun və içindəki tumlarını çıhartın.

gilas old 1

Şəkəri bir qazana tökün və üstünə suyu əlavə edin. Qazanı alov üzərinə qoyun. Şəkərli su qaynayandan sonra gilası siropun içinə atın və alovu orta gucə qoyun. Gilas siropun içində 10-15 dəqiqə qalmalıdır. Sonra isə alovu söndürün. 

Qazanı 4 saatlıq qıraga qoyun. Qazanın içindəki tam soyumalıdır. Gilas bu vaxta öz suyunu siropa buraxacaq, şəkərli sirop isə gilasın içinə dolacaq. Birinci qayalışdan sonra gilas mürəbbəsi belə görsənəcək.

gilas old 2

Bu prosessi 3 dəfəyəycən təkrar edin. Vacibdir ki, Siz mürəbbəni hər dəfə tam soyudasınız.

gilas old 3

Hazır olunmuş mürəbbə yaqut rəngində olmalıdır.

Azərbaycanda bəzi ailələr gilasın içinə tumun əvəzinə qoz ləpəsi qoyub mürəbbəni belə üsulnan bişirirlər. Amma bizim ailədə bu cür mürəbbəni sevmirlər.

gilas new 2

Nuş olsun!

Skriv et svar

Din e-mailadresse vil ikke blive publiceret. Krævede felter er markeret med *

Facebook
Facebook
Twitter20
20
Pinterest0
Pinterest
Instagram0
Follow by Email