Həftəbecər


0 Comments | Last Update: juli 3, 2015

Həftəbecər

heftebecer new 1

Böyük badımcan
Çili
Sarımsaq
Keşniş
Şüyüd
Nanə
Kələm
Çuğundur
Kök
Qırmızı baş soğan
Sirkə
Duz

Göyərtini yuyub doğrayın. Sarımsağı və çilini də xırdalayıb göyərtiyə əlavə edin. Duzu qatın.

Böyük badımcanları xırda kubiklara doğrayıb duzlayın, acılığı getsin.

heftebecer1

Kubikları yuyub duzlu qaynar suda 4-5 dəq. pörtün. Sonra aşsüzənə yığıb 0,5 saatlıq ağır əşya altında saxlayın. Badımcanları yaşıl içə əlavə edin. Xırdalanmış təzə kökü, çuğunduru, kələmi və qırmızı soğanı da əlavə edin.

heftebecer2

Duzlayıb, qarışdırın. Bankaya  yığın (bankanin ¾ hissəsi dolmalıdır) və üzərinə sirkə tökün. Uzun taxta qaşıqla bir neçə yerdə deşik açın ki, sirkə tam yayılsın. Lazımsa, yenə sirkə əlavə edin. Bankanı bağlayıb sərin yerə qoyun.

heftebecer3

Bütün tərəvəz və sarımsağı mən xırdalamaq üçün xüsusi maşından (ətçəkəndən yox!) keçirirəm. Əllə xırdalamaq çox vaxt aparır.

Nuş olsun!

Skriv et svar

Din e-mailadresse vil ikke blive publiceret. Krævede felter er markeret med *

Facebook
Facebook
Twitter20
20
Pinterest0
Pinterest
Instagram0
Follow by Email