Sarmisag


0 Comments | Last Update: juli 3, 2015

 

Sirkəyə qoyulmuş sarımsaq

chesnok new 22

Sarımsaq
Duz
Sirkə
Ətirli istiot
Dəfnə yarpağı
Mixək (sevmədiyim üçün bunu istifadə etmirəm)

Sarımsağı sirkəyə mayda ya da ki iyunun əvvəlinda qoyarlar. O vaxt bazarlarda təzə sarımsaq var.

chesnok new 1

Sarımsağı sirkəyə 2 üsulla qoymaq olar: bütöv və ya “dişlərə” təmizlənmiş. Əgər təmizlənmiş sarımsağı sirkəyə qoyursuzsa, onda qabığı təmizlənmədən sarımsaq dişlərini birbaşa bankaya (əvvəldən qaynar su ilə yaxalanmış) yığırsız. Bankaya sarımsaqdan qabaq ədviyyəni və duzu yığın. Bunların üzərinə sirkə tökülür. Qaynara verilmiş qapaqla bankanı bağlayın və ehtiyatla bir neçə dəfə bankanı çevirin ki, ədviyyat tam yayılsın. Bankanı sərinə qoyun. 1 aya yetişəcək.

Əgər sarəmsağı bütöv sirkəyə qoyursuzsa, onda sarımsağı üst qalın qabığını təmizləyin (alt qabıq qalmalıdır).

chesnok new 2

Qaba 1 litr su töküb 20 gr. duzu əridin. Sarımsaqları bu qaba qoyun, belə ki, onlar tam duzlu suda olmalıdır. Sonra sarımsaqlar “ağırlaşıb”, özləri “dibə” enəcəklər. Belə vəziyyətdə sarəmsağı 6-7 gün saxlamaq lazımdır. O, rəngini dəyişəcək.

chesnok new 3

Qaynara verilmiş bankaya ədviyyəni yığıb, duzu tökün, sonra isə sudan çixarılmış sarımsaqları.

chesnok new 4

Üzərinə sirkə töküb qaynara verilmiş qapaqla bağlayın. Bir neçə dəfə bankanı çevirib, sərin yerə qoyun.

chesnok new5

Sarımsaq bir aya yetişəcək.

chesnok new 11

Nuş olsun!

Skriv et svar

Din e-mailadresse vil ikke blive publiceret. Krævede felter er markeret med *

Facebook
Facebook
Twitter20
20
Pinterest0
Pinterest
Instagram0
Follow by Email