Ayran


0 Comments | Last Update: juli 9, 2015

Ayran

ayran new 1

2/3 litr yoqurt (qatıq)
2 litr soyuq su (qazlaşdırılmış olar)

Duz
Şüyüd

Yoqurtu az-az bir qaba töküb 2 litr su ilə (yaxşı olar qazlaşdırılmış) qarışdırın. Əgər qazlaşdırılmış sudan istifadə edirsinizsə, onda içkini süfrəyə verilməmiş hazırlayın. Stəkana təhminən 3 ç.q. duz töküb az miqdarda (1/8-1/6 stəkanın) qaynar suda əridin. Duzlu suyu az-az yoqurtlu qarışıqa əlavə edin. İçkinin şorluğunu yoxlayın. Nə şor və ya nə şit olmalıdır. Qarışığı bir səhəngə tökün. Şüyüdü yuyub xırdalayın və qarışıqa əlavə edin. Qarışdırıb verin süfrəyə. Əgər ayranı əvvəldən hazırlamısız, onda soyuq bir yerdə saxlayın. Süfrəyə verilməmiş mükəmməl qarışdırın, çünki adətən yoqurt sudan ayrılır. Bu içki nəinki yayda, elə qışdada çox yaxşıdır, xüsusiylı plovdan sonra.

ayran new 2

Nuş olsun!

Skriv et svar

Din e-mailadresse vil ikke blive publiceret. Krævede felter er markeret med *

↑ Top
Facebook
Facebook
Google+0
http://www.azerifood.com">
Twitter20
YOUTUBE20
Pinterest
Pinterest
Instagram0
Follow by Email