Paxlava


0 Comments | Last Update: juli 9, 2015

Paxlava

pahlava new 101

Xəmir üçün:
Maya – 30 gr
Yumurta – 1
Qızdırılmış süd – 0,5 l
Un – 1 kg
Yağ – 250 gr

İç üçün:
Qoz – 500-600 gr, əvvəldən qovrulub çəkilmiş
Şəkər – 500-600 gr
Kardamon

30-35 gradus Selsiya qızdırılmış biraz südün içində mayanı əridin. Un və 1 x.q. şəkər əlavə edin. Orta kütlə (nə bərk, nə də ki yumşaq) alınsın. İsti yerə qoyun, kütlə 3-4 dəfə artmalıdır.

Yağı əridin və qalmış südü qatın içinə. Otaq temperaturuna qədər soyudun.

Bir qaba unu töküb çuxur açın və oraya mayalanmış kütləni tökün. Sonra yumurtanı və yağla südü əlavə edin. Əvvəlcədən unu az tökün. Sonra lazım olduqca əlavə edin.

Xəmiri bərk yoğurmayın, xəmir ələ yapışmamalıdır, o yumşaq, hamar olmalıdır. Nə qədər çox yoğursaz, bir o qədər yaxşıdır. Mənim nənəm deyirdi ki, mayalı xəmir əlləri sevir.

Xəmir yaxıntılı konsistensiya alınan kimi 0,5-1 saatlıq isti bir yerə qoyun. Hələlik isə qozu hazırlayın. Yaxşı olardı ki iç üçün qozu əvvəldən hazırlayasız.

Çəkilmiş qoza şəkər və kardomon tozu əlavə olunub yaxşı qarışdırılır. Qozu un kimi narın çəkməmək, bizim evdə xoşlayırlar qoz dişlər arasında hiss olunsun. Amma ən iri qoz qara istiotdan böyük olmamalıdır.

Xəmirdən 12 (!) kündə tutursuz, onlardan 11 eyni, 12-cisi isə iki dəfə böyük olmalıdır. Kündələri dəsmalın üstünə qoyub sellofanla örtün ki, qurumasınlar. 5 dəq. gözləyin. Xəmiri açın (yayın). Xəmir nazik olmalıdır. Xəmir yapışırsa, un əlavə edin, amma artıq olmasın, çünki paxlavaya çox un olmaz! Açılmış xəmiri listin ölçüsündə kəsib listə sərirsiz. Bu layın üstünə iç tökməyirsiniz. İkinci kündəni açın, sərin birincinin üstünə və qoz içini bərabər səpin. Beləcə sonuncu kündəyədək.

pahlava2

Sonuncu kündə qalən olmalıdır – bu üst laydır. Paxlava rom şəklində kəsilir, hər paxlavanın ortasına yarım ləpə və yaxud püstə qoyulur. Yumurta sarısına zəfəran saplaqları qatılır və bununla üst lay çəkilir.

paxlava new 01

Paxlava 200 gradus Selsiya bişirilir. 10 dəq sonra, paxıavanın qıraqları qalxan kimi üstünə əvvəldən hazırlanmış ərinmiş (bitki yox) yağ tökülür. Paxlava sarı rəng alanadək bişir. Hazır olmağa 10 dəq qalmış paxlavanı duxovkadan çıxarıb üstünə hazırlanmış siropu – 1 stəkan su+1 stəkan şəkər+1-2 ç.q. bal tökün. Yenə paxlavanı 10 dəqiqəlik duxovkaya qoyun.

paxlava new 02

Çalışın paxlavanı isti olarkan bir-birindən ayırmaq. Üzü aşağa yığın. Soyuyan kimi çevirin və qaoaqlı qazana yığın.

pahlava new 102

pahlava new 103

Nuş olsun!

Skriv et svar

Din e-mailadresse vil ikke blive publiceret. Krævede felter er markeret med *

Facebook
Facebook
Twitter20
YOUTUBE20
Pinterest0
Pinterest
Instagram0
Follow by Email