Shor gogal


0 Comments | Last Update: juli 10, 2015

Şor qoğalı

shorgogal new 0

Xəmir:
Maya 30 gr
Yumurta 1 əd.
Qızdırılmış süd 0,5 l
Un təxminən 1 kg
Yağ 250 gr

İç:
Buğda unu
Duz
Sarıkök
İstiot
Razyana
Cirə
Ərinmiş yağ

Bizdə qoğalı Novruz bayramında bişirirlər. Bundan başqa müqəddəs Ramazan bayramında və ehsan üçün. Şorqoqalı şirin çay ilə içəndə daha da ləzzətli olur.

Recept pahlava ilə eynidir. İç bir az undan, sarıkök, razyana, cirə, duz və istiot əlavə edilərək hazırlanır. Bunların üstünə istilənmiş ərinmiş yağı çiləyin və kütləni yığın. Ələ alanda böyük bir “küftə” olur.

shorgogal ich

Şor qoğalıda kündələrin sayı mütləq deyil, amma 8-dən az olmamalıdır. Kündələr nazik yayılır, taxtanın üstünə qoyulub hər laya yağ sürtülür. Laylar üst-üstə yığılır. Ərimiş yağ bir qədər istilənmiş olmalıdır və içinə cirə və razyana tökülür. Sonuncu laya yağ sürtülməyir.

shorgogal new 1

Layları iri kvadratlara doğrayıb oları rulet kimi bükürsüz, burub yastıladırsız vı kisıcik şəklində salırsız.

shorgogal new 3

Kisəciyin içinə iç qoyub, qıraqlarını yığırsız və kökə şəklində salıb, üzüqoylu yığırsız.

shorgogal new 2

Ortasında işarə barmaqla çuxur açıb bir az içdən qoyursuz.

shorgogal new 4

Səthinə çalınmış yumurta sürtülür, xaşxaş səpilir

shorgogal new 5

Və 180 gr. Selsiyada  20-25 dəg. bişirilir (qızaranadək).

shorgogal new 6

shorgogal old 1

Nuş olsun!

Skriv et svar

Din e-mailadresse vil ikke blive publiceret. Krævede felter er markeret med *

↑ Top
Facebook
Facebook
Google+0
Twitter20
YOUTUBE20
Pinterest0
Pinterest
Instagram0
Follow by Email