Sheker chorek


0 Comments | Last Update: juli 10, 2015

Şəkərçörəyi

shekerchorek

Ərinmiş yağ 360 gr
Şəkər tozu 300 gr
Yumurta 1 əd.
Un 500 gr
Vanilin

Mikserlə yağı və şəkər tozu təhminən 1 dəq çalın. Qarışdıraraq ona az-az yumurta ağı əlavə edin. Hər əlavədən sonra təhminən 10 dəq çalın. Yaxşı çalıntı çox vacibdir. Əgər əllə çalırsız, onda 30 dəq. az olmamalıdır.

shekchorek newest 1

Sonda çalıntıya vanilin və ələnmiş un qatılıb təhminən 5-10 dəq. xəmir yoğrulur. Xəmirin konsistensiyası belədir.

shekchorek newest 2

Bundan sonra xəmirdən 60-70 gr pors getirilir və ovucda girdə kündələr hazırlanır. Kündəyə kiçicik konus forması verin, perqament kağızı sərilmiş listlərə müəyyən məsafədə şəkərçörəyini yığın. Duştəmizləyəni yumurta sarısına batırıb konusun ucuna çəkin. Axsa, eybi yox, bu şəkərçörəyə daha da ğözəllik verər.

shekchorek newest 3

180 gr Selsiya istilikdə 20 dəq. bişirilir. Rəngi saralacaq və peçenyalar bir qədər şişman olacaqlar. Duxovkadan çıxardarkan, şekər çörəyinin altını mütləq yoxlayın, o qızılı rəng almalıdır. Belə deyilsə onda yenə 3-4 dəq. bişirin. Amma yadda saxlayın, şəkərçörəyi rəngini dəyişməməlidir, əks halda onlar bərk çıxacaqlar.

Duxovkadan çıxardarkan, onlar çox yumşaq olacaqlar. Bu Sizi qoy narahat etməsin. Soyuduqca onlar bərkiyəcəklər. Bu çox dadlı peçenyadır. Biz adətən onu Novruz bayramına bişiririk.

shekerchorek11

Nuş olsun!

Skriv et svar

Din e-mailadresse vil ikke blive publiceret. Krævede felter er markeret med *

Facebook
Facebook
Twitter20
YOUTUBE20
Pinterest0
Pinterest
Instagram0
Follow by Email