Qend


0 Comments | Last Update: juli 10, 2015

Bişmiş qənd

300 gr şəkər
100-150 gr süd
Bir az kakao və qoz

Balaca bir tavanı nazik laylı bitki yağı ilə sürtün. Balaca qazanda şəkərlə südü qaynadın. Şəkər tam əriməlidir. Öncə kütlə belə olacaq.

Odu azaldıb 5 dəqiqədək kütləni qarışdıraraq bişirin. Xırdalanmış qozu əlavə edin. Daha 15 dəq. bişirin. Kütlə rəngini sarıya dəyışəcək. Belə olmalıdır.

Kütləni hazırlanmış tavaya töküb soyudursuz. Soyuyandan sonra tavanı çevirib döyürsüz. Qənd tavadan ayrılmalıdır. Sonra qəndi xırdalayırsız.

Birinci dəfə mən südlə kakao əlavə etdim, qozsuz. Məndə belə alındı.

sahar var 4

Bu isə süd və qozla qənddir.

sahar var 3

Əgər maye az əlavə olunur, onda qənd bərk çıxır. Sonuncu dəfə mən 100 ml maye və qoz əlavə etdim, doğrudan da qənd daha bərk alındı.

Nuş olsun!

Skriv et svar

Din e-mailadresse vil ikke blive publiceret. Krævede felter er markeret med *

Facebook
Facebook
Twitter20
YOUTUBE20
Pinterest0
Pinterest
Instagram0
Follow by Email