Sucuq


0 Comments | Last Update: juli 10, 2015

Sucuq

sucugnew1

Sucuq-böyüklərin və eləcə də uşaqların sevdiyi bir desertdi.Bu – nəsillərdən nəsillərə ötürülən reseptdi.Mənə bunu xalam Cəmilə xanim hədiyyə etmişdi. Ona isə bu respti öz qaynanası vermişdi. Resepti Azərbaycan dilinə tərcümə edən mənim çox hörmət etdiyim Ülviyyət xanım Ağayevədir. Çox sağ olsun!

Buğda nişastası-3 x/qaşığı
Su  – 110 ml+440 ml
Şeker tozu – 110 ml
Zəfəran
Qoz -5-6 ədəd

Nişastanı bir qabda 110 ml. su ilə lazımınca həll edin.

sucuk old 1

Qazana 440 ml. suyu tökün və suda həll olunmuş nişastanı bura əlavə edin.Qazanı odun üstünə qoyun və qaynayana qədər dayanmadan qarışdırın.İlk əvvəl bu südə bənzər kütlə sonradan yığışıb qatılaşacaq. Qarışdırarkən ehtiyatlı olun, eks teqdirdə kütlə çürüyə bilər.

sucuk old 2

Kütlə qaynayan kimi odu azaldıb, lap vam odda 15-20 dəqiqə qaynadin.Sona yaxin şəkər tozu töküb şəkər həll oluncaya qədər qatışdırın və ardınca əvvəlcədən dəmlənmiş zəfəranı əlavə edin. Kütləni elə qarışdırın ki, zəfəran hər yerinə yayılsın.Axirda ise doğranmış qozu əlavə edin.

sucuk old 3

Qarışdırın və kütləni bir qaba tökün. Tamam soyuduqdan sonra soyuducuya yerləşdirin. Sucuğu stola soyuq halda verirlər.

sucugnew2

Nuş olsun!

Skriv et svar

Din e-mailadresse vil ikke blive publiceret. Krævede felter er markeret med *

↑ Top
Facebook
Facebook
Google+0
Twitter20
YOUTUBE20
Pinterest0
Pinterest
Instagram0
Follow by Email