Kuru


0 Comments | Last Update: juli 10, 2015

Badımcan kürüsü

ibadimcan ikrasi 3

Badımcan – 3 böyük
Baş soğan – 4 orta
Pomidor – 5 orta
Olar uzun istiot, əgər acılığı xoşlayırsız
Duz, istiot

Baş soğan həlqəvi doğranılır, qızardılır, duzu və istiotu əlavə edilir.

Badımcanı yuyub bərk qızdırılmış peçin içinə salın. Badəmcan hər tərəfdən yumuşalmalıdır. Mən onları toyuq üçün torbaya qoyuram (“partlamamaq” üçün).

Soyuq su ilə bir qab hazırlayın. Badımcan yumuşalan kimi sobadan çıxartmaq və 1 dəq. soyuq suda saxlamaq (qabıq yaxşı təmizlənir). Badəmcanə qabəqdan təmizləyəndən sonra xırda-xırda kütlə halınadək doğramaq.

Bir qaba pomidoru qoyub, balaca çərtmək və 1-2 dəq. qaynar suya salmaq. Pomidoru qabıqdan təmizləyib xırda-xırda doğramaq.

Əgər acı kürü Sizə xoşdur, onda uzun istiotu da əlavə edin.un..

Böyük bir qazan götürüb bütün bu kütləni badəmcan, qızarılmış soğan, pomidor, istiotu qazanın içinə tökün, üstünə yağ əlavə edin. Mən bitki yağı istifadə edirəm. Yağ çox olmalıdır. Onda kürü dadlı çıxır.

badimcan ikrasi 1

Qaynayanacan böyük odun üstünə qoyun, sonra odu ortayadək azaldın. Kürü “qaynamalıdır” ki su buxarlansın və yağ üzünə çıxsın. Eyni kütlə olmaldır. Mən təxminən 3 saat bişirirəm. Kürü soyuyandan sonra qaba töküb soyuducuya qoyun.

Mən böyük qazandan istifadə edirəm, çünki kürü bişdikcə sıçrayır.

badimcan ikrasi 2

Nuş olsun!

Skriv et svar

Din e-mailadresse vil ikke blive publiceret. Krævede felter er markeret med *

Facebook
Facebook
Twitter20
20
Pinterest0
Pinterest
Instagram0
Follow by Email