Toyuq ciyərindən paştet
Toyuq qaracirəyindən paştet
Qara ciyər – 500 gr
Baş soğan – 2
Bərk bişirilmiş yumurta – 1
Bişmiş kök – 1
Kərə yağı (nə qədər gedər)
Soğanı qızılı qızardın. Qara ciyəri yuyub qazana qoyun və su tökün (su qara ciyərin üstünü bütün bağlamalıdır). Qaynayandan sonra suyu boşaldıb yenisini tökün. Kəfi yığın. Duz tökün. 15 dəq. bişirin, çünki qara ciyər incədir və tez bişir. İsti-isti blender ya da ətçəkəndən keçirin. Eyni zamanda yumurta, kök və qızarılmış soğan da çəkilir. Duz, istiot, kərə yağı əlavə edib və bütöv bir kütlə alınanadək blenderdən keçirin. 20-30 dəq. soyufucuya bərkimək üçün qoyun. Yağlı kağızın (kalka, perqament) üstünə 0,5 sm enində paşteti yayın. Üstünə kərə yağı çəkin.
Sonra paşteti ruleta (dörməyə) yığın.
Ruleti həmin o yağlı kağıza bürüyüb soyuduvcuya qoyun. Süfrəyə verilərkən paşteti tikələrə kəsin.
Nuş olsun!