Badımcan ruleti
Badımcan ruleti
Badımcan
Sarımsaq
Qoz
Mayonez
Bitki yağı
Biraz keşniş və şüyüd
Bunun üçün yoğun badəmcan daha yaxşıdır. Badəmcanı uzununa kəsib duzlayın. Acılığı çıxmaq üçün 2-3 saat saxlayın. Sonra badımcanı yuyub qurudun və bitki yağında qızardın. Sobada da qızardmaq olar.
İsti ikən bir tərəfini mayonezlə sürtüb üstünə xırdalanmış qoz, sarımsaq və göyərti tökün.
Badımcanı ruletə bükün. Bunu soyuq yemək daha yaxşıdır.
Nuş olsun!