Incəlik salatı
İncəlik salatı
Kartof – 3 böyük
Duzlu xiyar – 200 gr.
Təzə xiyar – 200 gr.
Çuğundur – 2 böyük
Yumurta – 5 ədəd
Kök – 3 böyük
Yaşıl soğan – 170 gr
Şüyüd – 75 gr
Mayonez
Xama (smetan)
Duz, istiot
Bütün tərəvəzlər bişirilir. Duz, istiot yaddan çıxmasın. Bişmiş tərəvəz sürtkəcin böyük gözündən keçirilir. Göyərtini xırdalayın. Yaxşı olar ki, təzə xiyarı əvvəldən sürtkəcdən keçirib ılıyin içinə qoyun (suyu süzülmək üçün). Sonra tərəvəzi lay-lay yığın:
1-ci lay:
kartof, duzlu xiyar, mayonez, üstə yaşıl soğan
2-ci lay:
çuğundur, mayonez, şüyüd
3-cü lay:
yumurta, təzə xiyar, mayonez, yaşıl soğan
4-cü lay:
kök, xama, şüyüd
Hər layın üstünə duz və istiot səpməyi unutmayın!
Nuş olsun!