Ət qutabı
Ət qutabı
Xəmir:
Buğda unu
Su
Qiymə:
Çəkilmiş ət (mal əti, olar yarı qoyun, yarı mal əti)
Baş soğan
Duz, istiot
Lavaşana
Lavaşana olmasa, su ilə qarışdırılmış tomat pastası
Çəkilmiş əti və soğanı qarışdırın, duz və istiot qatın. Sonra lavaşananı və ya tomat pastasını bu kütləyə əlavə edib, kənara qoyun .
Sonra xəmiri hazırlayın – una biraz ilıq su və duz qatın. Xəmirdən xırda, 150 gramlıg kündələr yoğurun. Kündələri dəsmalın üstünə yığın, üsünü selofanla örtün ki, kündələr qurumasın. 5-10 dəqiqə kündələr beləcə qalır.
Sonra kündələri diametri təxminən 1 metrədək yayın. Kiçik bir boşqabla (diametri təxminən 20 sm) açılmış xəmirin üstündə dairələr kəsin. Məndə 5 dairə alınır. Xəmirin kəsilmiş hissələrini birləşdirib, yeni dairə kəsin. Beləliklə 6 dairə alınacaq.
Hazırlançış ət qiyməsi xəmir dairənin içinə qoyulur və aypara şəklində bükülür, qıraqlqrını bərk-bərk yapışdırın.
Qutablar azca yağda (bitki və yaxud əridilmiş kərə) qızardılır. Əslində qutabları tavada yağsız qızardırlar, yağı sonradan isti isti üstünə sürtürlər. Amma bizim ailədə onları məhz yağda gızardırlar.
Qutabları isti-isti süfrəyə qoyurlar. Qutabı sumaxla da təklif etmək olar. Qutabları yalnız ətlə deyil, eyni zamanda göyərtidən, boranıdan (balqabaq) hazırlayırlar.
Nuş olsun!