Reseptlərə

Undan xazırlanmış xörəklər

 

AzeriFood.com

Quymaq

 

Burada mən Azərbaycan sıyığı olan – quymaqdan söhbət açacağam. Əsasən quymağı zaha qadınlara, cərrahiyyə əməliyyatından sonra zəifləmiş adamlara verirlər. Quymaq çox enerji və qüvvət verir.

Buğda unu - 150 qr

Ərinmiş yağ - 150 qr

Su - 1,5 l

Şəkər

Darçın

 

Ərinmiş yağa un əlavə edilir və un yağda açıq qəhvəyi rəng alınca qovrulur (halvada olduğu kimi). Kütlə təxminən 15 dəqiqəyə hazır olur.

 

 

Unu qovurarkan, suyu qaynadın. Nəzərinizə çatdırım ki, quymaq bişirmək üçün geniş qab götürmək lazımdır. Arası kəsilmədən qarışdırmaqla üç dəfəyə bir litr qaynar suyu qovrulmuş una əlavə edin. Bu zaman ehtiyatlı olun, kütlə qaynayır və sıçrayır. Unla su eynicinsli hala düşüncə qarışdırılmalıdır. Kütlənin arasına biraz su tökün və qapaqla örtün. Zəif od üzərində 1 saat ərzində dəmləyin.

 

 

Quymaq süfrəyə dərin boşqabda verilir. Üstünə darçın və şəkər tozu səpilir.

 

 

İranda quymağı su əvəzinə şərbət əsasında bişirirlər. Bu halda, süfrəyə verərəkən quymağın üstünə şəkər səpilmir.

Nuş olsun!

Yuxarı

 

admin@azerifood.com