Reseptlərə

İkinci xörəklər

 

AzeriFood.com

Cız-bız

 

Qoyunun içalatından – qara ciyər, ağ ciyər, böyrək, ürək

Varsa bağırsaq

Kartof

İstəyirsinizsə pomidor

Duz, istiot

Yağ ya da ki quyruq

 

Bu xörək qoyunun içalatından – qara ciyər, ağ ciyər, böyrək, ürəkdən hazırlanır. Bağırsağdan da istifadə etmək olar.

 

Orta həcmdə içalat doğranılır və yağda (quyruq da əlavə etmək olar) qızardılır. Ayrıca soğan və kartof qızardılır. Sonra bunlar qarışdırılıb bir yerdə qızardılır.

 

 

Cız-bıza bütöv bişmiş pomidor da əlavə etmək olar, kartof isə uzunsov doğranılıb qızardılmış süfrəyə verilə bilər.

 

Cız-bız süfrəyə şoraba, göyərti və qırmızı soğanla  verilir.

 

Nuş olsun!

Yuxarı

 

admin@azerifood.com