Reseptlərə

İkinci xörəklər

 

AzeriFood.com

Toyuq kotleti

Toyuq qiyməsi  - 500 gr

Qırmızı baş soğan -. 250 gr

Noxud – 125 gr

1 yumurta

Keşniş və şüyüd

Duz

İstiot

 

Noxudu kecədən suda isladın, səhər bişirin. Sonra noxudu əzin. Soğanı xırdalayıb ət, yumurta və noxudla qarışdırın, duz və istiot əlavə edin. Axırda göyərtini – keşniş və şüyüdü əlavə edin. Qiyməyə xırdalanmış kök də əlavə etmək olar. Bu istəkdən asılıdır.

Orta alovda qızardın. Süfrəyə püre ilə, qızarılmış kartof və başqa qarnirla vermək olar. Mənimkilər kartof və brokolli ilə xoşlayırlar.

Nuş olsun!

Yuxarı

 

admin@azerifood.com