Reseptlərə

Plovlar və qovurmalar

 

AzeriFood.com

Badımcan qovurması

 

Bu xörək badəmcanı və qoyun ətini xoşlayanlar üçündür. Mən bu xörəyi çox sevirəm. Adətən bu xörək plova huruş kimi verilir. Bizdə plovu mütləq xuruşla yeyirlər.

 

Badımcan (əsl huruş üçün çox kiçik badımcanlar olmalıdır)

Qoyun əti

Baş soğan

Limon turşusu

Sarıkök

Duz, istiot

Ərinmiş (olar bitki) yağ

Badımcanları 1,5 sm enində dairəvi kəsib duzlayın, bir saat ərzində duzlanmiş qalsın. Sonra yuyub, qurudun və yağda qızardın.

 

 

Əti 3x3 sm kublarla kəsin. Qazana salıb bir az su əlavə edin və yarəhazır bişirin. Duz yaddan çıxmasın. Kəfi yığın.

 

Soğanı həlqəvi doğrayıb, qızardın, soğan “ölüb”, şəffaf olmalıdır. Əti əlavə edib soğan qızılı rəng alınadık bişirin. Bişərkən qarışdırmaq lazımdır, ət də yaxşı qızarılmalıdır.

 

 

Bundan sonra ətin üstünə badımcanları yığın. Fincana 1 ç.q. limon turşusu, 0,5 ç.q. sarıkök və biraz duz töküb qaynar su əlavə edin. Bunlar suda əriyərkən qovurmanın üstünə tökün. Odu azaldın. Qovurmanı qapaqla örtün və vaxtaşırı badımcanlar əzilmədən çevirin. Turşulu kütlə xörəklə yaxşı qarışmalıdır.

Nuş olsun!

Yuxarı

 

admin@azerifood.com