Reseptlərə

Plovlar və qovurmalar

 

AzeriFood.com

Şirin plov

 

Bu növ plovu mmən çox sadə hazırlayıram – plovu və quru meyvəni ayrılıqda.

 

Kuraqa

Şabalıd

Sarı kişmiş

İran xurması

Bunları yuyub, qurudun. Şabalıdı çərtib 5-10 dəq. qaynar suda qaynadın. Amma şabalıd artıq qaynamamalıdır, əks halda qabığı soyulakən sınacaq. Şabalıd yarıbişmiş olmalıdır. Şabalıdın hansı vəziyyətdə olmağını yoxlamaq üçün bıçaqla çərtilmiş yerindən yoxlayın. Suda bir-iki şabalıd çıxardıb bıçaqla qabığını soyun. Orta qabıq da asanlıqla ayrılır. Amma şabalıd daimə isti suda olmalıdır, əks halda soyuyub quruyacaqlar və qabıq çətinliklə çıxacaq.

 

Tavaya yağ töküb şabalıları qovurun, 3 ç.q. su əlavə edib, qapaqla bağlayın. Vaxtaşırı qarışdırın. 5 dəq. sonra xurmanı əlavə edin. Əgər su buxarlanıbsa onda yenə əlavə edin. Xurma yumşalarkın kuraqanı əlavə edin (kuraqa böyükdürsə, onu 2-yə bölün). Kuraqa yumuşaldıqdan sonra kişmişi tökün. Daimə quru meyvələri qarışdırın, onlar yanmamalıdır. Əgər bərkdilərsə yağ və 1 x.q. su əlavə edin. Meyvələr yumuşalanadək yenə qarışdırın.

 

 

Bakıda bunları süfrəyə müxtəlifcur verirlər. Biz quru meyvəni başqa bir boşqabda, plovdan ayrı süfrəyə veririk. Amma ailələlər var ki, quru meyvə ilə plovun üstünü bəzəyirlər.

 

Azərbaycanda belə də edirlər: quru meyvıni qovurub, yarımhazır düyü ilə qarışdırılıb dəmə qoyulur. Süfrəyə verildikdə təpəcik şıklindı boşqaba çəkilir.

 

Bir də bizdə qiymə-çilov plov bişirirlər. Onun üçün də quru meyvədən istifadə olunur – yanlnız kişmiş və şabalıd. Bunun üçün qovruluş ət qiyməsinə hazır şabalıdı və kişmişi əlavə edirlər. Bunlar yaxşıca qarışdırılır.

Nuş olsun!

Yuxarı

 

admin@azerifood.com