Reseptlərə

Salatlar və qəlyanaltılar

 

AzeriFood.com

Badımcan dilçəkləri

 

Bakılılar bu qəlyanaltını çox sevir.

 

Badımcan (mən böyük və yoğunları seçirəm)

Pomidor (olar konservləşdirilmiş)

Sarımsaq

Göyərti – keşniş, şüyüd

Bitki yağı

Duz, istiot

Badımcanı 0,5 sm enində lövhəcik şəklində kəsin, duzlayıb 2-3 saatlıq kənara qoyun. Pomidorların üstünə 1 dəq. qaynar su töküb, qabığını təmizləyin. Xırdalayıb tavaya salın və orta odun üstünə qoyun. İmkan verin pomidorun şirəsi buxarlansın. Duz və istiot yaddan çıxmasın. Sonra biraz bitki yağı əlavə edib 5 dəq. qızardın. Badımcanları yuyub, qurlayın və orta odun üstündə qızılı rəngədək qızardın, duz və istiot əlavə edin. Badəmcanları boşqaba yığın. Üstünə tomat pastası, əzilmiş sarımsaq və xırdalanmış göyərti qoyulur. Bu yemək süfrəyə soyuq verilir.

Nuş olsun!

Yuxarı

 

admin@azerifood.com