Unu yağla döyün qum zərrəsi alınanadək (kiç olmamalıdır), sonra xama, yumurta sarısını əlavə edərək xəmiri yığın.

Xəmiri soyuqa qoyun, səhər bişirməyə başlayın. Xəmir soyuducuda saxlanılır, bir-bir soyuducudan çıxarılır. Xəmiri 60 gr kündələrə bölün (50 d). Kündələr 10-12 sm diametrlik dairələrə yayılır (təxminən kofe üçün kiçik nəlbəkidək). Mən təxminən gözü yarı edirəm. Bu dairələrin arasına iç qoyulub, dairəni qıraqları bir-biriylə bərk yapışdırılır və kanar tərəfdən vintvarı bükülür.

Sonra şəkərburanın üzərinə maqqaşla müxtəlif naxışlar vurulur. Bu naxış – milli azərbaycan naxışıdır və cinahi adlanır.

Maqqaş belədir.

Üstünə heç bir tökmədən 165 gr. Selsiyada 20-30 dəq bişirirsiz.

Bu şəkildə Siz badamlı şəkərbura görürsiniz. Nənəm mənə həmişə deyərdi ki, əsl şəkərbura badamla düzəlməlidir. Badamı 5 dəqiqə qaynar suda qaynadın sonra qabığından azad edin. Badamı badam maşınından çəkib şəkərnən qatışdırmaq lazımdır.
